• Bakı 25° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.9712

    RUB - 1.9506

Zaqatala sakini bıçaqlandı

HADİSƏ

21 Dekabr 2024 | 14:48

Zaqatala sakini bıçaqlandı

Dekabrın 21-i gecə saat 1 radələrində Zaqatala rayonunun Faldarlı kəndi ərazisində 2002-ci il təvəllüdlü V.Kərimov aralarında yaranmış mübahisə zəminində həmkəndlisi 1999-cu il təvəllüdlü T.Rüstəmova bıçaqla xəsarət yetirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən V.Kərimov saxlanılıb. 

Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Sentyabr 2026