• Bakı 32° C

    3.9 m/s

  • USD - 1.7

    EUR - 1.944

    RUB - 2.0968

Zaqatalada avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

HADİSƏ

31 Iyul 2025 | 16:36

Zaqatalada avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Zaqatalada avtomobillə 59 yaşlı qadını vurub hadəsə yerindən yayınan sürücü saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində Südabə Mürsəliyevanı avtomobillə vurub öldürərək hadisə yerindən qaşan sürcünün Muxax kənd sakini 1958-ci il təvəllüdlü Fikrət Ramazanov olduğu müəyyən edilib. Onun idarə etdiyi avtomobilin isə "VAZ -2106” markalı avtomobil olduğu bildirilir.

    ***

    14:57

    Zaqatalada maşın piyadanı vuraraq öldürüb.

    Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə Zaqatala-Muxax avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, qadın piyadanı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    31 Iyul 2025