• Bakı 21° C

    10.96 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Zaqatalada dava zamanı xəstəxanaya yerləşdirilən şəxs bir həftə sonra öldü

HADİSƏ

28 Oktyabr 2025 | 09:16

Zaqatalada dava zamanı xəstəxanaya yerləşdirilən şəxs bir həftə sonra öldü

Zaqatalada dava zaman döyülərək xəstəxanaya yerləşdirilən 41 yaşlı İsgəndər Musayev bir həftə sonra ölüb.

Bakıvaxtı.az Zaqatala Rayon Mərkəzi Xəstəxanasına istinadən bildirir ki, oktyabrın 20-dən 21-ə keçən gecə reanimasiya şöbəsinə yerləşdirilən İsgəndər Musayevə bütün tibbi yardımlar göstərilib. Bütün bunlara baxmayaraq o, bir həftə sonra ölüb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala Rayon Şöbəsinə təhvil verilib. Baş vermiş hadisə ilə bağlı rayonun hüquq-mühafizə orqanlarının həyata keçirdiyi araşdırmalarla məlum olub ki, İsgəndər Musayevi Yuxarı Tala kəndi ərazisində tanışları, Hafiz Hacıyev və Rasim Abbasov döyüblər.

İsgəndər Musayevi döyməkdə şübhəli bilinən Hafiz Hacıyev və Rasim Abbasov hadisə yerini tərk ediblər. Hazırda onların tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.


SON XƏBƏRLƏR

27 Oktyabr 2025