• Bakı C

    11.4 m/s

  • USD - 1.7

    EUR - 2.0092

    RUB - 2.2016

Zaurun verilişinin yayımı DAYANDIRILDI, Tolikin yerinə isə...

ŞOU

27 Fevral 2026 | 12:21

Zaurun verilişinin yayımı DAYANDIRILDI, Tolikin yerinə isə...

Xəbər verdiyimiz kimi, aparıcı və prodüser Tarix Əliyev (Tolik) Space TV kanalında aparıcı kimi fəaliyyətini dayandırıb.

Bakıvaxtı.az xəbər verir ki, yayımı dayandırılan növbəti veriliş Zaur Nəbioğlunun təqdimatında yayımlanan "Rəngarəng" olub.

Belə ki, ATV-də hazırda proqramın təkrar buraxılışlarından biri yayımlanır. Bu da efirin yayımının dayandırılması barədə ciddi suallar yaradıb.

Tolikin isə bu gün Speys TV-də vida buraxışı ilə tamaşaçılarla sağollaşacağı bildirilsə də,  verilişin yerinə film nümayiş olunmaqdadır. "Tarixin bir günü"nün isə yeni ad və formatla Könül Muxtarova aparıcılığı ilə efirdə olacağı məlumatı yayılmışdı.

Xatırladaq ki, Tarix Əliyevin (Tolik) "Tarixin bu günü" və Elgiz Əkbərin "Elgizlə izlə" verilişləri bağlanıb./Milli.Az


SON XƏBƏRLƏR

26 Fevral 2026