• Bakı C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Zaxarova "3+3" formatına DİQQƏT ÇƏKDİ – Aktuallaşır!

SİYASƏT

26 Dekabr 2025 | 16:41

Zaxarova 3+3 formatına DİQQƏT ÇƏKDİ – Aktuallaşır!

"Moskva İrəvan-Bakı dialoqunda müsbət dinamika görür və regionda əlaqələrin bərpasına diqqət yetirir".

Bakıvaxtı.az “armenews.com”a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 26 dekabrda keçirilən mətbuat brifinqində bildirib.

O qeyd edib ki, Rusiya kommunikasiya yollarının açılmasını, xüsusən də Rusiya buğdasının Azərbaycan ərazisi vasitəsilə Ermənistana çatdırılmasının davam etməsini alqışlayır:

“Bu, nəqliyyat, enerji və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşdirilməsini vurğulayan "3+3" formatının inkişafının aktuallığını təsdiqləyir".

M.Zaxarova onu da əlavə edib ki, Moskva Rusiyanın tərəfdaşı olan Gürcüstanın da "3+3" platformasına (Rusiya-Türkiyə-İran və Ermənistan-Gürcüstan-Azərbaycan) qoşulmasını görmək istərdi.

Aydın Baxış


SON XƏBƏRLƏR