• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Zəfər Sırakaya Prezident İlham Əliyev və Azərbaycan xalqına təşəkkür edib

SİYASƏT

04 Dekabr 2023 | 18:21

Zəfər Sırakaya Prezident İlham Əliyev və Azərbaycan xalqına təşəkkür edib

Bu gün Vətənimiz Azərbaycanda olmaqdan məmmunluq duyuruq.

Bakıvaxtı.az bildirir ki, bunu Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zəfər Sırakaya Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, sabah Qərbi Azərbaycan İcmasının təşkil etdiyi beynəlxalq konfransda iştirak və çıxış edəck.

"Türkiyə- Azərbaycan əlaqələrinin dünyada tayı bərabəri yoxdur. Mustafa Kamalın qeyd etdiyi kimi "Azərbaycanın kədəri kədəri sevinci sevincimizdir" və Heydər Əliyevin "Türkiyə və Azərbaycan, bir millət iki dövlət" ifadələri bir birini tamamlayır. Azərbaycan-Türkiyə əlaqələri türk dünyasının bir araya gəlməsində mühüm rol oynayır", - deyə Z.Sarıkaya əlavə edib.

Z.Sırakaya Türkiyədə baş verən zəlzələ zamanı göstərdiyi köməyə görə Prezident İlham Əliyev və Azərbaycan xalqına təşəkkürünü bildirib, Azərbaycanı zəfər münasibəti ilə bir daha tərik edib.

O əlavə edib ki, Azərbaycanın antiterror əməliyyatıını yüksək qiymətlləndirir, artıq Xocalıda da Azərbayca bayrağı qürurla dalğalandığını vurğulayıb.

"Türkiyə hər zaman Azərbaycanın yanındadır və hər zaman yanında olmağa da davam edəcək", - deyə o, əlavə edib.


SON XƏBƏRLƏR

26 Iyul 2024