• Bakı C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2139

Zelenski açıqladı: "Minlərlə uşaq Rusiyada əsirlikdədir"

DÜNYA

20 Fevral 2026 | 08:29

Zelenski açıqladı: Minlərlə uşaq Rusiyada əsirlikdədir

Müharibənin başlanğıcından bəri 2000 ukraynalı uşaq Kiyevə qaytarılıb, lakin daha minlərlə uşaq Rusiyada və işğal olunmuş ərazilərdə əsirlikdə qalıb.

Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial mediada paylaşdığı mesajda bildirib.

O qeyd edib ki, bu gün əhəmiyyətli bir nəticə var: "Rusiyanın nəzarəti altında olan iki min ukraynalı uşaq evə qaytarılıb. Lakin qarşıdakı yol uzun və çətindir. Minlərlə ukraynalı uşaq Rusiyada əsirlikdə qalır və hər gün onun cinayətlərinin qurbanı olur”.

Qeyd edək ki, 2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiyanın ukraynalı uşaqlara zorla Rusiya vətəndaşlığı verilməsi və onların Ukrayna kimliyinin silinməsi siyasətini pisləyib.

Aydın Baxış


SON XƏBƏRLƏR

19 Fevral 2026