• Bakı 20° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Zelenski çex və slovak həmkarları ilə görüşdü

DÜNYA

28 Aprel 2023 | 17:50

Zelenski çex və slovak həmkarları ilə görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski Çex Respublikasının yeni Prezidenti Petr Pavel və Slovakiya Prezidenti Zuzana Çaputova ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Prezidentin bəyanatına istinadən məlumat yayıb.

Zelenski çexiyalı həmkarına səfərə görə təşəkkür edib və Çexiyanın ilk günlərdən Ukraynaya kömək etdiyini qeyd edib.

"Buça və Borodyankadan başlayan bu səfərə görə təşəkkür edirəm. Biz genişmiqyaslı işğalın ilk günündən Çex Respublikasının, hökumətinin və bütün cəmiyyətin dəstəyini yüksək qiymətləndiririk", - Prezident deyib.

Zelenski daha sonra Slovakiya Prezidenti ilə görüşüb və ona Ukraynanı dəstəklədiyinə görə təşəkkür edib.

Qeyd edək ki, Slovakiya Ukraynaya 13 ədəd “MiQ-29” qırıcısını təhvil verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR