• Bakı 27° C

    6.59 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Zelenski Ermənistana gedir?

DÜNYA

28 Aprel 2026 | 09:52

Zelenski Ermənistana gedir?

Ukrayna lideri Volodimir Zelenski 8-ci Avropa Siyasi Birliyi Sammitində iştirak etmək üçün Ermənistana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi Zelenskinin səfəri ilə bağlı məlumatları hələ ki məxfi saxlamağa çalışır.

Qeyd olunur ki, 4 mayda keçiriləcək sammitdə dövlət və ya qurum başçılarını təmsil edən təxminən 50 yüksək səviyyəli nümayəndə heyəti Ermənistana gələcək.

İlk Ermənistan-AB sammiti də 4-5 mayda İrəvanda keçiriləcək. Ermənistanı Baş nazir Nikol Paşinyan, Avropa Birliyini isə Avropa Şurasının prezidenti Antonio Kosta və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen təmsil edəcək.

Fransa prezidenti Emmanuel Makron da 5 mayda Ermənistana səfər edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyul 2026