• Bakı 19° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Zelenski Fransaya getdi - VİDEO

DÜNYA

03 Sentyabr 2025 | 21:45

Zelenski Fransaya getdi - VİDEO

Ukrayna prezidenti Volodimir Zelenski “İstəklilər koalisiyasına” daxil olan Avropa ölkələrinin liderləri ilə görüşmək üçün Fransaya gedib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Strana” Teleqram kanalı məlumat yayıb.

Bundan əvvəl Almaniya kansleri Fridrix Merts "İstəklilər koalisiyası"nın iclasının sentyabrın 4-də keçiriləcəyini bildirmişdi. Görüş videokonfrans vasitəsilə keçiriləcək.

Mertsin sözlərinə görə, əsas müzakirə mövzusu Ukrayna üçün təhlükəsizlik təminatları və onun gələcək dəstəyi ilə bağlı məsələlər olacaq. Almaniya kansleri qeyd edib ki, Ukrayna üçün “ən mühüm təhlükəsizlik zəmanəti” onun ordusuna kifayət qədər dəstək verməkdir. “İstəklilər koalisiyası” Ukrayna Silahlı Qüvvələrinə yardımı davam etdirmək niyyətindədir. 

 


SON XƏBƏRLƏR

18 Oktyabr 2025