Ukrayna prezidenti Volodimir Zelenski müdafiə sahəsindəki maliyyə maliyyə boşluğuna görə gələn il Kiyevə ayrılacaq AB kreditinin bir hissəsinin bu il verilməsini tələb edib.
Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, o, bu barədə Ukrayna jurnalistləri ilə görüşündə açıqlama verib.
Zelenski Ukrayna Silahlı Qüvvələrinin büdcəsində 27 milyard dollarlıq kəsir olduğunu vurğulayıb.
"Hazırda əhəmiyyətli maliyyə çatışmazlığı var. Əsas çıxış yollarından biri gələn il üçün planlaşdırılan Avropa kredit maliyyələşdirməsinin bir hissəsinin bu il ayrılmasıdır. Bu məbləğin təxminən 10 milyard dolları ordumuzun silahla təmin edilməsi üçün lazımdır", - deyə Zelenski bildirib.
Qeyd edək ki, Aİ 2026-2027-ci illər üçün Ukraynaya 90 milyard avro kredit verəcək.
Gülşən Şərif




