• Bakı 15° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.9026

    RUB - 2.1146

Zelenski: İstanbul danışıqlarında Ukraynanı müdafiə naziri təmsil edəcək

DÜNYA

15 May 2025 | 18:31

Zelenski: İstanbul danışıqlarında Ukraynanı müdafiə naziri təmsil edəcək

İstanbulda Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rüstəm Umerov rəhbərlik edəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti danışıqlarda atəşkəsi müzakirə etmək niyyətindədir.

Zelenski həmçinin danışıqların təşkilinə və məkanla təmin etdiyinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.

"Bundan başqa, Prezident Ərdoğan Krımın Ukraynanın bir hissəsi olması barədə mövqeyini də təsdiqləyib", - o vurğulayıb.


SON XƏBƏRLƏR