• Bakı 20° C

    4.06 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Zelenski Trampın sözlərini təsdiqlədi: Razılaşmaya hazırıq!

DÜNYA

14 Sentyabr 2026 | 23:08 | Müəllif: Subhan Mahmudov

Zelenski Trampın sözlərini təsdiqlədi: Razılaşmaya hazırıq!

Ukrayna Rusiya ilə enerji infrastrukturlarına zərbələrin dayandırılması barədə razılaşmaya hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, razılaşma üçün Rusiyanın da şərtlərə əməl etməsi lazımdır:

“Ərzaq, enerji və insanların normal həyatını təmin edən digər əsas infrastruktur obyektləri qorunmalıdır. Rusiya hər gün Ukraynanın enerji obyektlərini, liman infrastrukturunu, logistika mərkəzlərini, ərzaq və dərman anbarlarını hədəfə alır. Əgər tərəfdaşlar Rusiyanın Ukraynanın enerji və digər kritik infrastrukturuna, eləcə də ərzaq daşımalarına zərbələr endirməməsini təmin edə bilsələr, Kiyev də buna qarşılıq olaraq öz zərbələrini dayandırmağa hazırdır”.

Qeyd edək ki, bu gün Tramp Rusiya və Ukraynanın enerji obyektlərinə zərbələri dayandırmaq barədə razılaşdıqlarını bəyan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR