• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Zelenski yeni müdafiə nazirinin əsas vəzifəsini açıqladı 

DÜNYA

19 Avqust 2026 | 22:51 | Müəllif: Gülşən Şərif

Zelenski yeni müdafiə nazirinin əsas vəzifəsini açıqladı

Ukraynanın yeni müdafiə nazirinə silah istehsalı və tədarükünü, qoşunların təchizatını və hava hücumundan müdafiəni gücləndirmək tapşırılıb.

Bakıvaxtı.az  “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə  Ukrayna Prezidenti Volodimir Zelenskinin videomüraciətində bildirilib. 

Zelenski qeyd edib ki, yeni müdafiə naziri Yevgeni Xmara Ukraynanın bütün müdafiə sisteminin işini yenidən qurmalıdır. Buraya silah istehsalı və alınması, onların cəbhəyə çatdırılması, eləcə də Rusiya zərbələrindən müdafiənin gücləndirilməsi daxildir.

Ukrayna Prezidenti hərbçilərin Rusiya hücumlarının qarşısını almaq, cəbhədə mövqeləri qorumaq və aktiv əməliyyatlar keçirmək üçün bütün zəruri vasitələrlə təmin edilməsinin vacibliyini vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026