• Bakı 25° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Zelenskinin ofisi Trampın müşavirlərinin planını rədd etdi

DÜNYA

26 Iyun 2024 | 10:21

Zelenskinin ofisi Trampın müşavirlərinin planını rədd etdi

Ukrayna prezidentinin ofisinin müşaviri Mixail Podolyak Donald Trampın müşavirlərinin Moskva ilə Kiyev arasında münaqişənin həlli  planını rədd edib.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Podolyakın sözlərinə görə, təmas xətti boyunca münaqişənin dondurulması qəribə olardı, çünki Rusiya Ukrayna ərazisini qanunsuz olaraq işğal edir.

“Ukraynanın tamamilə aydın anlayışı var və bu, prezident Zelenskinin təklif etdiyi sülh düsturunda açıq şəkildə ifadə olunub, sülhün yalnız ədalətli ola biləcəyini və sülhün yalnız beynəlxalq hüquqa əsaslana biləcəyini açıq şəkildə ifadə edir”, - deyə Zelenskinin müşaviri bildirib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

28 Iyun 2024