• Bakı 17° C

    2.25 m/s

Zəlzələ zamanı 200-dən çox məhbus həbsxanadan qaçdı

DÜNYA

03 Iyun 2025 | 11:35

Zəlzələ zamanı 200-dən çox məhbus həbsxanadan qaçdı

Karaçidəki (Pakistan) Malir dairə həbsxanasından 200-dən çox məhbus zəlzələ zamanı təxliyə edildikdən sonra qaçmağa müvəffəq olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistan KİV-i yerli polisə istinadən məlumat yayıb.

Bildirilib ki, polis ərazini mühasirəyə alıb, nəticədə 78 məhbus tutulub, bir nəfər atışma zamanı öldürülüb. Üç təhlükəsizlik əməkdaşı yaralanıb.

Ümumilikdə təxminən 2 min məhbus təxliyə edilib, onlardan 213 nəfər qaçıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR