• Bakı 22° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Zəngəzur dəhlizi: İranla ABŞ Rusiyaya qarşı razılaşdı

SİYASƏT

27 Sentyabr 2024 | 12:42

Zəngəzur dəhlizi: İranla ABŞ Rusiyaya qarşı razılaşdı

Zəngəzur dəhlizi ilə bağlı məsələdə İran və ABŞ-nin maraqları üst-üstə düşür.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, Qərb bu yolun Rusiyanın nəzarətinə keçməsini istəmir. İran isə yola yalnız Ermənistanın nəzarət etməsinə çalışır.

Hesab etmək olarmı ki, İran və ABŞ bu xəttin açılması məsələsində razılığa gəliblər?

Mövzu ilə bağlı siyasi şərhçi Turab Rzayev öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi məsələsində ABŞ ilə İranın razılaşmasına dair ehtimal var. Çünki bu məsələdə açıq şəkildə Qərblə İranın mövqeyi üst-üstə düşür:

"Avropa İttifaqı dəhlizin açılmasına etiraz etməsə də, onun Rusiyanın nəzarəti altında olmasını istəmir. Aİ istəyir ki, Zəngəzur dəhlizinin nəzarəti hansısa müstəqil mühafizə şirkətinin öhdəliyində olsun. Şübhəsiz, bu şirkət də Qərbə məxsus olacaq”.

Müsahibimiz qeyd edib ki, eyni zamanda İran da dəhliz məsələsində Rusiyanın əleyhinədir:

“İran Rusiyanın nəzarətini özü üçün təhlükə hesab edir. Ümumilikdə İran hazırda Ermənistan kartı üzərindən Avropa ölkələri və Qərb ilə münasibətləri yaxşılaşdırmağa çalışır".

Turab Rzayev hesab edir ki, İran Ermənistanı qoruduğunu və onun dəstəyi olmasa, Azərbaycanla Türkiyənin İrəvanı məhv edəcəyini göstərməyə çalışır.

Turab Rzayev: Ermənistan dəhlizin açılmasına etiraz etmir, sadəcə...

"Maddi sıxıntıları olan İran bu yolla müəyyən güzəştlər əldə etməyə çalışır. Ermənistan isə Zəngəzur dəhlizi ilə bağlı mövqeyini tez-tez dəyişir. Görünür, Ermənistan dəhlizin açılmasına etiraz etmir. Sadəcə olaraq Ermənistan birbaşa nəzarətinin olmasını istəyir. Hətta dəhlizin nəzarətinin Rusiyaya verilməməsi üçün mühafizə baxımından xüsusi qüvvələr yaradır. Bəzən də dəhlizin hansısa beynəlxalq şirkətə veriləcəyini bildirir. Aydındır ki, bu şirkət ABŞ və ya Fransaya məxsus olacaq", - deyə müsahibimiz vurğulayıb.

Son zamanlar Ermənistanın Sülh Qovşağının yaradılmasına dair tələbinə də toxunan siyasi şərhçinin fikrincə, burada söhbət təkcə Zəngəzur deyil, eyni zamanda Azərbaycanın Zəngəzura qədər olan ərazilərinin bir mərkəzdə birləşdirilməsindən gedir. Təbii ki, bu şərt Azərbaycan üçün qəbuledilməzdir.

Gülşən Şərif


SON XƏBƏRLƏR