• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Zəngəzur dəhlizinə kim nəzarət edəcək? - Erməni deputat AÇIQLADI

SİYASƏT

29 Oktyabr 2021 | 18:13 | Müəllif: Subhan Mahmudov

Zəngəzur dəhlizinə kim nəzarət edəcək? - Erməni deputat AÇIQLADI

"Azərbaycan Ermənistan ərazisindən Naxçıvana yol əldə edəcək".

Bakıvaxtı.az modern.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Mülki Müqavilə Partiyasından olan deputat Qaqik Melkonyan deyib. Onun sözlərinə görə, Ermənistan tərəfi hətta bu yola nəzarət edə bilməyə bilər:

"Biz bunu "yol" adlandırırıq, onlar buna "dəhliz" deyirlər. Amma dəhliz verməyəcəyik, dəmiryolu və ya avtomobil yolu təqdim edə bilərik. Biz Qarabağa gömrük-keçid məntəqəsi olmadan, yalnız keçid məntəqələrindən keçərək gedirik, onlar da sərbəst girib-çıxacaqlar. Ağdərə-Vardenis, eləcə də Qazaxdan Gürcüstan istiqamətinə yollar açılmalıdır. Ermənistan hökuməti bununla təkcə Azərbaycanın Naxçıvan yol əldə etməsinə razılıq vermir, həm də erməni tərəfinin bu yola nəzarət edəcəyinə əmin deyil".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026