Rusiya-Ukrayna müharibəsində ən çox zərər çəkən tərəf məhz Avropadır.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri erməni politoloq Vigen Akopyan yerli mediaya açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanla hazırkı vəziyyət fonunda İrəvan AB-yə qoşulma prosesindən danışırsa, deməli, Ermənistan Rusiyanı de-yure üzərinə götürdüyü bütün öhdəliklərdən tamamilə azad edir:
“Avropanın təhlükəsizliyimizin qarantı olacağı ilə bağlı səsləndirilən fikirlər isə ya çılğınlıqdır, ya da gözlənilən müharibə öncəsi ölkəni zəiflətmək üçün düşünülmüş addımdır. Bu, o deməkdir ki, Zəngəzur dəhlizinin keçəcəyi ərazinin təhvil verilməsi ilə bağlı hansısa ayrıca razılaşma var”./axar.az