• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Zərifə Əliyeva-100: Liseydə təntənəli tədbir keçirildi - FOTOLAR

CƏMİYYƏT

28 Aprel 2023 | 16:05 | Müəllif: Qalib İbrahimoğlu

Zərifə Əliyeva-100: Liseydə təntənəli tədbir keçirildi - FOTOLAR

Aprelin 28-də Akademik Zərifə Əliyevanın adını daşıyan liseydə görkəmli oftalmoloqun anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu, həm də liseyin 15 illiyinə həsr olunan tədbirdir.

Təbdirdə qeyd olunub ki, 15 ildir hər ili aprelin 28-də bu liseydə ənənəvi olaraq yarmarka da keçirilir. Toplanan vəsait xeyriyyə məqsədlərinə sərf olunur. Məlumata görə, builki yarmarka isə Türkiyədə zəlzələdən zərər çəkən qardaşlarımıza yardım məqsədilə təşkil olunub.

Qeyd edək ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak edib.

Tədbirdə  Zərifə Əliyevanın həyat yoluna nəzər salınıb, onun fəaliyyətindən bəhs edilib.

Zərifə Əliyevanın görkəmli oftalmoloq olduğu bildirilən tədbirdə məktəblilər həkim forması geyinərək tibb işçilərinə həsr olunmuş mahnı oxuyublar.

Daha sontra Zərifə Əliyevanın 100 illiyinə özəl onun adına yazılmış “Elegiya” və Samirə Efendinin “Sən gələndə” mahnısı ifa edilib.

Tədbirdə Türkiyə-Azərbaycan birliyini, qardaşlığını əks etdirən kompozisiya nümayiş etdirilib.

Tədbirin sonunda şagirdlər bütün türk xalqlarının milli geyimləri ilə xalq rəqslərini ifa ediblər.

Tədbirin ən maraqlı hissəsi isə sərgi olub. Belə ki, sərgidə şagirdlər müxtəlif yemək, aksesuar, rəsm əsərləri, kitablar satıblar. Qeyd olunub ki, satışdan əldə olunan vəsaitdən Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım ediləcək.

Sərgidə liseyin 9, 10 və 11-ci sinif şagirdləri iştirak edib.

Aytac Aslan


Zərifə Əliyeva-100: Liseydə təntənəli tədbir keçirildi - FOTOLARZərifə Əliyeva-100: Liseydə təntənəli tədbir keçirildi - FOTOLARZərifə Əliyeva-100: Liseydə təntənəli tədbir keçirildi - FOTOLARZərifə Əliyeva-100: Liseydə təntənəli tədbir keçirildi - FOTOLARZərifə Əliyeva-100: Liseydə təntənəli tədbir keçirildi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026