• Bakı 28° C

    12.89 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.0024

Zibil poliqonuna uşaq dölü atdılar... - YENİLƏNİB

HADİSƏ

20 Avqust 2026 | 11:27

Zibil poliqonuna uşaq dölü atdılar... - YENİLƏNİB

Gəncədə çürümüş dölün tapılması ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda ölü dölün aşkar edilməsi faktı üzrə Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və aşkar edilmiş ölü dölə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin olunub, habelə hadisənin hallarının müəyyənləşdirilməsi məqsədilə digər zəruri prosessual hərəkətlər icra edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.

***

11:20

Gəncə şəhərində körpə meyiti tapılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, meyit şəhər ərazisindəki zibil poliqonunda aşkarlanıb.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Meyit ekspertizaya təqdim olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Avqust 2026