• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Zirə" - "Omoniya" matçının biletləri bu gün satışa çıxarılacaq

İDMAN

27 Avqust 2024 | 11:41

"Zirə" - "Omoniya" matçının biletləri bu gün satışa çıxarılacaq

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Zirə” və “Omoniya” (Kipr) klubları arasında keçiriləcək cavab qarşılaşmasının biletləri bu gün satışa çıxarılacaq.

Paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadənin Bakıvaxtı.az-a verdiyi məlumata görə, biletlərin qiyməti sektorlara uyğun 2, 5, 10 və 20 manat təşkil edəcək.

Azarkeşlər biletləri Zirə İdman Kompleksinin və matçın keçiriləcəyi “Dalğa Arena”nın kassalarından ala bilərlər.

Qeyd edək ki, "Zirə" - "Omoniya" görüşünün start fiti avqustun 29-da, saat 20:00-da səsləndiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026