• Bakı 14° C

    7.7 m/s

  • USD - 1.7

    EUR - 1.7938

    RUB - 1.6915

44 günlük zəfəri şərtləndirən səbəblər - Araz Aslanlı yazır
YAZARLAR
12 Noyabr 2021 | 16:22

44 günlük zəfəri şərtləndirən səbəblər - Araz Aslanlı yazır

Araz Aslanlı

44 günlük Vətən müharibəsinin hər günündə əldə edilən zəfəri şərtləndirən səbəblər çox idi:  Tarixi ədalətsizliyi ortadan qaldırmaq və mənfi tarixi gedişatın yönünü dəyişdirmək, milli maraqlarımızı qorumaq, ərazi bütövlüyümüzü və beynəlxalq hüququ təmin etmək zərurəti, son 200 ildə ilk dəfə bu qədər güclü dövlətə sahib olmaq, ilk dəfə bu qədər uyğun beynəlxalq və regional şərait, Azərbaycan-Türkiyə qardaşlığının gəldiyi nöqtə və s.

Amma vacib məqamlardan biri də daha öncə aparılan mübarizə, verilən qurbanlar idi, onların bizə miras qoyduqları idi. Cavad xan idi, Xalq Cümhuriyyətini quran ruh idi. Bəzən çox qüsurlu olaraq “məğlub ordu” kimi qiymətləndirilən 1990-cı illərin əvvəllərindəki könüllü dəstələr, ilk batalyonlar, onların mübarizəsi bugünkü uğurun toxumları idi. Xocalıda və digər işğal edilmiş ərazilərimizdə qəhrəmanlıq göstərərək şəhid olanlar, Əlif Hacıyevlər, Tofiq Hüseynovlar, Ramiz Qənbərovlar, Allahverdi Bağırovlar idi, Xocalıda qətl edilən körpələr idi. 44 günlük müharibəyə qədərki dövrlərdə verdiyimiz bütün şəhidlər bizə daim işğalı aradan qaldırmaq borcumuzu xatırlatmırdımı? Bütün kəndlərimizdəki şəhid məzarlarının, yaşayan və təcrübələrini paylaşan qazilərimizin rolu az idimi? Taleyi bu gün də məlum olmayan minlərlə soydaşımız bizi narahat etmirdimi?

Bu mənada son zəfər üçün tarix boyunca bu torpaqları vətən etmək və vətən kimi qorumaq uğrunda mübarizə aparan, canlarından keçən hər kəsi rəhmətlə, minnətlə yad etmək, onlar arasında fərq qoymamaq borcumuzdur.

Araz Aslanlı

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi

 


SON XƏBƏRLƏR