İstilik qurğularının quraşdırılması qaydaları təsdiqlənib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov qərar imzalayıb.
Qərara əsasən, qazanxana qurğularının quraşdırılmasına dair tələblər müəyyənləşib:
- qazanxana qurğuları tikinti layihəsi sənədlərinə və şəhərsalma və tikinti normalarının tələblərinə riayət edilməklə quraşdırılmalı;
- qazanxanalar yanğın və partlayış təhlükəsizliyi tələblərinə, həmçinin sanitariya qaydaları və normalarının tələblərinə cavab verməli;
- qazanxana qurğuları istehsalçı zavodun texniki tələbləri nəzərə alınmaqla quraşdırılmalı və istifadə olunan avadanlıq və materiallar layihədə nəzərdə tutulmuş tələblərə cavab verməli;
- qazanxana qurğularının işə salınmasından əvvəl təhlükəsizlik tədbirləri görülməli və kiplik sınaqları aparılmalıdır.
Həmçinin qaz-hava yolu və tüstü borularının quraşdırılmasına dair tələblər aşağıdakılardır:
- qaz-hava yolu və tüstü borularının quraşdırılması zamanı AzDTN 2.12-1-in tələbləri nəzərə alınmalı;
- tüstü borularının diametrləri və uzunluqları qazan avadanlığının gücünə və yanacaq növünə uyğun müəyyən edilməli, layihədə nəzərdə tutulan aerodinamik göstəricilərə riayət olunmalı;
- qaz-hava yollarının və tüstü borularının daxili səthləri maneəsiz və hamar olmalı, axının qarşısını alan kənar çıxıntılar olmamalı;
- qaz-hava yollarının və tüstü borularının keçdiyi yerlərdə konstruksiyaların yanmayan materiallarla izolyasiyası təmin edilməli;
- qaz-hava yolu sisteminə texniki baxış, təmizləmə və nəzarət üçün nəzərdə tutulmuş qapaqlar (lyuklar) və baxış pəncərələri quraşdırılmalı;
- qaz-hava yollarının və tüstü borularının çıxış hissələri atmosfer şəraitinin təsirindən (yağış, qar, külək axını və s.) qorunmalı və uyğun başlıqlar (deflektorlar, yağışlıqlar və s.) ilə təchiz edilməli;
- qaz-hava yollarının və tüstü borularının bütün birləşmələrində quraşdırma işləri tamamlandıqdan sonra kiplik və hava sızması sınaqları keçirilməli;
- quraşdırma zamanı tüstü borularının yaxınlığında elektrik kabellərinin, yanacaq xətlərinin və digər yanar elementlərin yerləşdirilməsinə yol verilməməli;
- tüstü borularının işıq maneələrinin idarə edilməsi "Elektrik qurğularının quraşdırılması Qaydaları"na uyğun olaraq onların aid olduqları obyektlərdən təmin edilməlidir.
Bakı 











