• Bakı 22° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Rüstəm Behrudinin fotofilmi - Tural Turan yazır
YAZARLAR
21 Yanvar 2022 | 15:47

Rüstəm Behrudinin fotofilmi - Tural Turan yazır

Tural Turan

Nə yaxşı ki, türk ulusunun Rüstəm Behrudi adlı bir şairi var. Onun yaradıcılığı türk sözünün yeddi arxa dönəmindən gəlir.

Rüstəm bəyəfəndi türk mifinin boyunu və çəkisini bilən adamdır. Ona görə də şeirlərindəki və yaşamındakı ağırlıq iksiri onu bir söz adamı kimi hər dönəmdə yüksəklərə qaldıracaq...

Rüstəm Behrudi tanrıya şeirlə alın yazısı yazacaq qədər istedadlı şəxsiyyətdir. Dar ağacından məzarlıqda bitən yovşana qədər bütün müqəddəs nəsnələr onun qələminin çarpayısından keçib. İndi görün, bu şairin özü nə böyüklükdədir...

Rüstəm bəy həm də ona görə böyükdür ki, nəinki zamana, heç öz qələminə də əyilmədi. Sözünün çəkisini ruhunun süzgəcindən keçirtdi.

Rüstəm Behrudi daha bəşəri şeirlər (yazıb da) qələmə alıb adını dünya ədəbiyyatına qızıl hərflərlə yazdıra bilərdi, bayaq da dedim, istedadı buna imkan verir, amma o, türk ulusunun altın çağ ozanı, qoşuqçusu (şairi) olmağı hər şeydən, hətta özündən də üstün tutdu. Məhz buna görə də Behrudlu Rüstəm bəy Rüstəm Behrudi imzası ilə hələ neçə - neçə çağ atlayacaq bu ulusun içində...

Rüstəm bəyin şeirləri həm də çağdaş Azərbaycan Sözünün ədədi ortasıdır; Zamana, hətta sözün özünə də bəzən tərs mütənasibdir...

Bilənlər bilir ki, hər şair (böyük və ya kiçik, fərqi yoxdur) haqqında söz, fikir bildirmirəm. Amma Behrudi əyilməzliyi və onun ədəbi şəxsiyyəti mənə başqa çıxış yolu qoymur. Çünki haqlının haqqını vermək də boyun borcudur...


SON XƏBƏRLƏR