• Bakı C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.8412

    RUB - 1.8889

“10 ildir ki, övladlarının üzünü görmür” - Cahangir Hacıyevin bacısı

HADİSƏ

10 Mart 2025 | 13:57

“10 ildir ki, övladlarının üzünü görmür” - Cahangir Hacıyevin bacısı

“Mənim qardaşım 10 ildir ki, həbsdədir. Hər əfvöncəsi ümidlənirik ki, bəlkə, bu dəfə azadlığa çıxar. Bu il də ümid edirik. Çünki Cahangir ona verilən 16 illik cəzanın 10 ilini çəkib. Bir insan üçün ömrünün 10 ilini həbsxanada keçirmək ağırdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında hazırda həbsdə olan Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva deyib.

Qardaşının əfv olunması üçün ölkə başçısına müraciət etdiyini vurğulayan Əminə Hacıyeva bildirib ki, o, 10 ildir, ailəsindən təcrid olunub:

“Qardaşım 10 ildir ki, övladlarının üzünü görə bilmir. O, həbs olunanda oğlanları balaca idi. İndi ali təhsil alıblar. Mən ümid edirəm ki, nəhayət, Cahangiri azadlığa buraxacaqlar. Həbsdə olduğu müddət səhhətində çoxsaylı problemlər yarandı”.


SON XƏBƏRLƏR