• Bakı 10° C

    16.08 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

27 yaşlı oğlanı qətlə yetirən xalası oğlunun yeri müəyyən edilərək tutulub

HADİSƏ

09 Aprel 2025 | 13:18

27 yaşlı oğlanı qətlə yetirən xalası oğlunun yeri müəyyən edilərək tutulub

Bakıda 27 yaşlı kişini qətlə yetirib qaçmaqda şübhəli bilinən şəxs tutulub.

Bakıvaxtı.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, aprelin 7-də Qaradağ rayonu, Sahil qəsəbəsində 1998-ci il təvəllüdlü Həsənov Nail İltifat oğlunu qətlə yetirməkdə təqsirləndirilən xalası oğlu, 1986-cı il təvəllüdlü Şirinov Hüseyn Əvəz oğlunun yeri müəyyən edilib.

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində artıq hadisəni törədən şəxs saxlanılaraq istintaqa təqdim edilib.

Hazırda Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri həyata keçirilir.


SON XƏBƏRLƏR