Ukraynanın Böyük Britaniyadakı səfiri, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı seçkilərə hazırlaşması barədə şayiələrdən sonra ukraynalıların etibar reytinqində növbəti dəfə Vladimir Zelenskini geridə qoyub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın “Reytinq” sosioloji qrupunun keçirdiyi sorğuda deyilir.
Araşdırmanın nəticələrinə görə, Zalujnı reytinqə başçılıq edir. Belə ki, respondentlərin 74%-i ona etibar edir.
Sorğuya əsasən, parlament seçkilərində Zalujnının hipotetik partiyası da lider olacaq.