• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ukraynadan Rusiyaya Qara dəniz təklifi - XİN rəhbəri açıqladı

DÜNYA

29 Noyabr 2026 | 10:06 | Müəllif: Subhan Mahmudov

Ukraynadan Rusiyaya Qara dəniz təklifi - XİN rəhbəri açıqladı

Ukrayna vasitəçilər yolu ilə Rusiyaya Qara dənizdə zərbələri dayandırmağı təklif edib və Moskvadan cavab gözləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Andrey Sibiqa “Suspilne” telekanalının efirində bildirib.

Xarici siyasət idarəsinin rəhbəri Kiyevin atəşkəsə hazır olduğunu qeyd edib:

“Qara dənizdə gərginliyin azaldılmasında, eləcə də vasitəçilik səylərində fəal və mühüm rol oynayan Hindistana, Türkiyəyə və Misirə minnətdarıq”.

Qeyd edk ki bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Rusiya və Ukrayna tərəfindən enerji resurslarının, eləcə də taxılın maneəsiz tədarükünü təmin etmək məqsədilə beynəlxalq ictimaiyyətin Qara dənizdə məhdud atəşkəsə marağının artdığını demişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026