• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Fransada pirotexniki vasitələrə qoyulan qadağa uzadılıb

DÜNYA

28 Noyabr 2026 | 18:47 | Müəllif: Günəş Mərd

Fransada pirotexniki vasitələrə qoyulan qadağa uzadılıb

Fransada şagirdlərin davam edən etirazları ilə əlaqədar pirotexniki vasitələrin satışına və istifadəsinə tətbiq olunan məhdudiyyətlər dekabrın 12-dək uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, Fransa mediasının məlumatına görə, qadağa ölkənin materik ərazisinin bütün bölgələrini əhatə edir. Məhdudiyyətlər fişənglər, pirotexniki batareyalar, Roma şamları, petardalar və minaatan mərmilərinin satışını və istifadəsini nəzərdə tutur.

Fransada təhsil işçiləri və şagirdlərin etirazları sentyabrın sonundan davam edir. Aksiya iştirakçıları məktəblərin vəziyyətindən, dərs yükünün çoxluğundan və bəzi fənlər üzrə müəllim çatışmazlığından narazıdırlar. Etirazlar zamanı bir sıra təhsil müəssisələrinin fəaliyyəti bloklanıb.

Oktyabr ayında həmkarlar ittifaqları da aksiyalara qoşularaq əməkhaqlarının artırılmasını və əlavə qənaət tədbirlərinin dayandırılmasını tələb ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026