• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

KTMT: Ermənistanın təşkilatdan çıxarılması məsələsi gündəmdə deyil

DÜNYA

28 Noyabr 2026 | 10:10 | Müəllif: Gülşən Şərif

KTMT: Ermənistanın təşkilatdan çıxarılması məsələsi gündəmdə deyil

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın təşkilatdan çıxarılması məsələsini gündəmə gətirmir.

Bakıvaxtı.az xəbər verir ki, bunu KTMT-nin baş katibi Talatbek Masadıkov mətbuata müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan təşkilat çərçivəsində təhlükəsizlik təminatlarını saxlayır: "Ermənistanın səsvermə hüququnun məhdudlaşdırılması isə maliyyə intizamı tələblərindən irəli gələn məcburi tədbirdir".

Talatbek Masadıkov bildirib ki, təşkilatın nizamnaməsinə əsasən, iki ildən artıq borcu olan ölkənin səsvermə və kvota üzrə vəzifələrə namizəd irəli sürmək hüququ məhdudlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026