• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Pirallahıda iki keçmiş məhkum saxlanılıb

HADİSƏ

28 Noyabr 2026 | 13:00 | Müəllif: Gülşən Şərif

Pirallahıda iki keçmiş məhkum saxlanılıb

Pirallahıda oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş iki nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, şəxslərdən biri anbar kimi istifadə edilən tikilidən soyuducu və kondisioner mühərrikləri, alüminium qapı-pəncərə çərçivələri və plastik borular olmaqla, ümumilikdə 9210 manat dəyərində əmlakı talayıb. Oğurladığı əşyaları satdığı müəyyən edilən əvvəllər də məhkum olunmuş Rövşən Xəlilov polis tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Digər fakt üzrə isə rayon ərazisində yerləşən marketlərdən birindən 1200 manat dəyərində spirtli içkilər oğurlayan, əvvəllər məhkum olunmuş Amid Səlimov polis tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026