Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;
2. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Əbdülvahab Salamzadə küçəsi, “Qələbə” dairəsi istiqamətində;
6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
7. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
8. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
9. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
10. Fətəli xan Xoyski prospekti, “Gənclik” metro stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində;
11. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
12. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
13. Mirzə Qədim İrəvani küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində;
14. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
15. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
16. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
17. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;
18. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
19. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
20. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
21. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;
22. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;
23. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
24. Şəmsi Bədəlbəyli küçəsi, “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətində;
25. Babək prospekti, mərkəz istiqamətində;
26. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
















