Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev gəncləri oxumağa təşviq etmək üçün ölkədə məscidlər əvəzinə kitabxanaların tikilməsinin vacibliyini bildirib.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, Tokayev bunu Moskvada keçirilən "Süni İntellekt Dünyasına Səyahət" konfransı çərçivəsində məktəblilər və tələbələrlə görüşündə deyib.
"Bizdə bir vaxtlar məscid tikmək dəb var idi, amma inanıram ki, kitabxanalar tikməliyik", - deyə o bildirib.
Tokayev "Oxuyan Millət" təşəbbüsünün bir hissəsi olaraq tezliklə Astana və Almatıda 24 saat fəaliyyət göstərən prezident kitabxanalarının açılacağını açıqlayıb.
















