• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Arktikada 200 min yeni iş yeri açılacaq

DÜNYA

27 Noyabr 2026 | 11:42 | Müəllif: Gülşən Şərif

Arktikada 200 min yeni iş yeri açılacaq

Rusiya Prezidenti Vladimir Putin 2035-ci ilə qədər Arktika Zonasının İnkişafı və Regionda Milli Təhlükəsizliyin Təmin Edilməsi Strategiyasını təsdiqləyib. 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bununla bağlı fərman Kremlin saytında dərc edilib.

Sənədə əsasən, 2035-ci ilə qədər Arktikada təxminən 200 min yeni iş yerinin yaradılması planlaşdırılır. Əmək məhsuldarlığının da davamlı artması gözlənilir. Strategiyada iş yerlərinin sayının 2024-cü ildəki 16 200-dən 2030-cu ilə qədər 110 minə çatdırılması nəzərdə tutulur.

Strategiyaya Arktika turizminin inkişafı, 2036-cı ilə qədər icmaların müasir rabitə ilə təmin edilməsi, yerli xalqlar üçün mobil enerji mənbələrinin tətbiqi, Yakutiyada "Elena-AM" kiçik atom elektrik stansiyasının tikintisi, 2035-ci ilə qədər Şimal Dəniz Yolu ilə daşıma həcminin 110-150 milyon tona çatdırılması, 2054-cü ilə qədər isə bölgədə mayeləşdirilmiş təbii qaz, qaz kimyası, metallurgiya və nadir torpaq metalları üçün sənaye klasterlərinin yaradılması daxildir.

Putin hökumətə altı ay ərzində Arktika zonası və Transarktik Nəqliyyat Dəhlizi üçün hərtərəfli inkişaf planı hazırlamağı tapşırıb. 

Sənəd daha sonra Prezident yanında Strateji İnkişaf və Milli Layihələr Şurasına təqdim ediləcək.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026