• Bakı 7° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Bununla bağlı Bakı ilə dialoq aparırıq - Sandu

DÜNYA

26 Noyabr 2026 | 18:22 | Müəllif: Subhan Mahmudov

Bununla bağlı Bakı ilə dialoq aparırıq - Sandu

Moldova hökuməti enerji daşıyıcılarının tədarükü ilə bağlı Azərbaycanla daimi dialoq aparır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib.

“Azərbaycan qazını almağa çalışan yeganə ölkə Moldova deyil. Ölkənin kiçik olması və tələbat həcminin azlığı səbəbindən Moldova qaz təchizatçıları üçün hər zaman cəlbedici tərəfdaş hesab olunmur”, - o bildirib.

Sandu qeyd edib ki, Moldova hökumətinin nümayəndələri, o cümlədən keçmiş və hazırkı kabinet üzvləri danışıqlar aparmaq üçün mütəmadi olaraq Bakıya səfər edirlər:

“Lakin enerji bazarında yüksək rəqabət səbəbindən tədarüklə bağlı razılığa gəlmək hələ də asan deyil”./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR