• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Qanunsuzluq aradan qaldırıldı: Tarixi binanın qapısı bərpa olundu

CƏMİYYƏT

26 Noyabr 2026 | 11:26 | Müəllif: Əli Hüseynov

Qanunsuzluq aradan qaldırıldı: Tarixi binanın qapısı bərpa olundu

Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 9 ünvanında yerləşən tarixi binanın giriş qapısının dəyişdirilməsi ilə bağlı yayılan görüntülərdən sonra məsələ ilə bağlı tədbir görülüb.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan araşdırma zamanı yerli əhəmiyyətli memarlıq abidəsinə qanunsuz müdaxilə edildiyi təsdiqlənib.

Belə ki, binanın birinci mərtəbəsində yerləşən tarixi giriş qapısı sökülərək müasir şüşə konstruksiya ilə əvəzlənib.

Araşdırmanın nəticələrinə əsasən, tarixi giriş qapısının əvvəlki vəziyyətinə qaytarılması və binanın ilkin memarlıq görkəminin bərpası təmin edilib.

Eyni zamanda, obyektin sahibinə tarixi və mədəni irs nümunələrinə özbaşına müdaxilənin yolverilməzliyi izah olunub və gələcəkdə belə halların təkrarlanmaması ilə bağlı rəsmi xəbərdarlıq edilib.

Qeyd edək ki, tarixi abidələrin qorunması yalnız aidiyyəti qurumların deyil, həm də hər bir vətəndaşın məsuliyyətidir. Memarlıq irsinin müasir konstruksiyalarla əvəzlənməsi şəhərin tarixi simasına vurulan zərbədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026