• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır 

CƏMİYYƏT

25 Noyabr 2026 | 16:54 | Müəllif: Əli Hüseynov

Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Kebeloba kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri 1946-cı il təvəllüdlü Mustafayev Xəlil Mustafa oğlunun axtarışlarına cəlb olunub.

Əməliyyata Xidmətin xüsusi təlim görmüş itləri də cəlb edilib. Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR