• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Sevdiyi oğlana evlilik təklifi edən qız pərt oldu - VİDEO

CƏMİYYƏT

25 Noyabr 2026 | 14:50 | Müəllif: Əli Hüseynov

Sevdiyi oğlana evlilik təklifi edən qız pərt oldu - VİDEO

Özbəkistanın paytaxtı Daşkənddə romantik sürpriz kimi planlaşdırılan evlilik təklifi məyusedici hadisə ilə nəticələnib.

Bakıvaxtı.az xəbər verir ki, gənc qız sevgilisinə restoranda xüsusi hazırlıq görərək "Marry me" yazısı ilə evlilik təklifi edib. Lakin gözlənilməz şəkildə oğlan onun təklifinə müsbət cavab verməyib və heç nə demədən məkanı tərk edib.

Sevgilisinin bu reaksiyası qarşısında sarsılan qız göz yaşlarına hakim ola bilməyib. Restoranın əməkdaşları və orada olan digər müştərilər onu sakitləşdirməyə çalışıblar.

Restoran rəhbərliyi isə baş verənlərin əvvəlcədən hazırlanmış reklam ssenarisi olmadığını açıqlayıb. Bildirilib ki, müəssisədə indiyədək belə bir hadisə yaşanmayıb.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR