• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycanla Litva arasında 7 yeni sənəd üzərində iş aparılır

SİYASƏT

25 Noyabr 2026 | 13:17 | Müəllif: Günəş Mərd

Azərbaycanla Litva arasında 7 yeni sənəd üzərində iş aparılır

Azərbaycanla Litva arasında hazırda 45 sənəd mövcuddur, daha 7 sənəd üzərində isə iş aparılır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda litvalı həmkarı Kestutis Budrislə birgə brifinqdə deyib.

Nazir bildirib ki, görüş zamanı iki ölkə arasında iqtisadi-ticarət əlaqələri də müzakirə olunub. Onun sözlərinə görə, mövcud ticarət dövriyyəsi qənaətbəxş deyil və ölkələrin bu sahədə potensialı daha yüksəkdir.

Ceyhun Bayramov qeyd edib ki, bu istiqamətdə müvafiq addımların atılması nəzərdə tutulur.

O, litvalı həmkarı ilə birlikdə bir qrup şirkət rəhbərinin də Bakıya gəldiyini xatırladaraq sabah iki ölkə arasında biznes forumun keçiriləcəyini bildirib. Nazir forumun qarşılıqlı işgüzar əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Ceyhun Bayramov əlavə edib ki, tərəflər əlaqələndirici qurumlar olaraq iş adamları arasında əlaqələrin asanlaşdırılması və onlara dəstək göstərilməsi üçün zəruri mexanizmləri müzakirə etmək barədə razılığa gəliblər.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026