• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Moskva ilə körpüləri yandırmaq istəmirik" - Ermənistan XİN

DÜNYA

24 Noyabr 2026 | 23:53 | Müəllif: Subhan Mahmudov

"Moskva ilə körpüləri yandırmaq istəmirik" - Ermənistan XİN

İrəvan Moskva ilə münasibətlərində yığılmış problemləri həll etməyə və ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə çalışır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan İctimai Televiziyaya verdiyi müsahibədə Nikol Paşinyanın Moskvaya qarşıdan gələn səfərini şərh edərkən bildirib.

"Bizim Rusiya ilə münasibətləri kəsmək, böhran yaratmaq və ya körpüləri yandırmaq istəyimiz yoxdur. Rusiya Ermənistan üçün vacib tərəfdaş olaraq qalır", - deyə Kostanyan vurğulayıb.

Onun sözlərinə görə, İrəvan Rusiya tərəfinin də oxşar yanaşma sərgiləyəcəyini və Moskvada keçiriləcək danışıqların tərəfdaşlıq atmosferində keçiriləcəyini gözləyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR