• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ağdərə, Xocalı və Xocavəndə növbəti köç 

    CƏMİYYƏT

    27 Noyabr 2026 | 08:45 | Müəllif: Günəş Mərd

    Ağdərə, Xocalı və Xocavəndə növbəti köç

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

      Bakıvaxtı.az xəbər verir ki, Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb.

      Bu mərhələdə ümumilikdə 73 ailə – 271 nəfər doğma yurduna qayıdır.

      Ağdərə rayonunun Vəngli kəndinə 10 ailə – 42 nəfər, Çıldıran kəndinə 15 ailə – 49 nəfər, Kolatağ kəndinə 2 ailə – 6 nəfər, Heyvalı kəndinə isə 1 ailə – 1 nəfər köçürülüb.

      Xocalı rayonunun Badara kəndinə 4 ailə – 7 nəfər, Xanyurdu kəndinə 9 ailə – 32 nəfər, Xanabad kəndinə 8 ailə – 33 nəfər köç edib.

      Xocavənd şəhərinə 7 ailə – 30 nəfər, rayonun Quzeyxırman kəndinə isə 17 ailə – 71 nəfər köçürülüb.

      Doğma yurdlarına qayıdan ailələr indiyədək respublikanın müxtəlif ərazilərində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşıblar.

      Sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin Azərbaycan Ordusuna minnətdarlıqlarını bildirib, şəhidlərə rəhmət diləyiblər.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR

      26 Noyabr 2026