• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Tribunada ölən azarkeş Bakıya oğlu ilə gəlibmiş - FOTO

CƏMİYYƏT

26 Noyabr 2026 | 15:05 | Müəllif: Əli Hüseynov

Tribunada ölən azarkeş Bakıya oğlu ilə gəlibmiş - FOTO

“Sabah” - “Barselona” oyunu zamanı ölən azarkeşlə bağlı yeni təfərrüat məlum olub.

Bakıvaxtı.az “Bakuplus”a istinadən xəbər verir ki, rusiyalı azarkeş “Barselona”nın oyununu canlı izləmək arzusunu həyata keçirmək üçün Bakıya gəlibmiş.

39 yaşlı Anton Petrişev 11 yaşlı oğlu ilə matçı izləməyə gəlib. Oyunun ikinci hissəsində onun qəfil halı pisləşib, huşunu itirib və həkimlər gələnədək dünyasını dəyişib.

Məlumata görə, mərhum Krasnoyarsk diyarının İqarka şəhərindən olan biznesmendir.

Onun həyat yoldaşı və iki azyaşlı övladı qalıb. A.Petrişevin həmçinin Moskvanın “Lokomotiv” klubunun azarkeşi olduğu bildirilir.

Qeyd edək ki, azarkeşin ölümünə ürəktutma səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026