Ukrayna Prezidenti Volodimir Zelenski Krım körpüsünün qalan hissəsinin də məhv edilməsi üçün komandirlərə göstəriş verib.
Bakıvaxtı.az xəbər verir ki, “The Telegraph” nəşrinin Ukrayna hərbi mənbələrinə istinadən məlumatına görə, Kiyev körpüyə yeni zərbələr endirməyə hazırlaşır.
Bildirilir ki, noyabrın 18-də Ukrayna ordusu dron və qanadlı raketlərlə keçidin əsas hissələrinə hücum edib. Nəticədə avtomobil yolu və dəmir yolu xətlərinə ciddi ziyan dəyib. Lakin dəmir yolu xətlərindən biri hələ də fəaliyyət göstərir.
2014-cü ildə Krımın ilhaqından sonra inşa edilən, 2018-ci ildə istifadəyə verilən 20 kilometrlik körpü Rusiya ordusunun cənub cəbhəsindəki əsas təchizat marşrutlarından biri hesab olunur.
Hərbi mənbələrin sözlərinə görə, Kiyev körpünü tamamilə sıradan çıxarmaq məqsədilə “Neptun” raketlərinin istehsalını artırır.















