• Bakı 12° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Teatrdakı işindən ayrıldı: “Qaldım evin küncündə”

ŞOU

28 Noyabr 2026 | 11:41 | Müəllif: Gülşən Şərif

Teatrdakı işindən ayrıldı: “Qaldım evin küncündə”

Xalq artisti Valeh Kərimov Sumqayıt Dövlət Dram Teatrındakı işindən ayrılıb.

Bakıvaxtı.az xəbər verir ki, aktyor bu barədə “Bir gün” verilişində açıqlama verib. O bildirib ki, teatrda müqavilə əsasında işləyib:

“Orada bir tamaşaya çağırmışdılar. Müqavilə ilə getmişdim. Vaxtı bitdi və yenə qaldım evin küncündə. Belə baxanda deyirəm, vaxtdır fəaliyyəti dayandırmalıyam. Nə qədər işə getməliyəm?”.

Qeyd edək ki, Xalq artisti Valeh Kərimov yaşı ilə əlaqədar bir müddət əvvəl Sumqayıt Dövlət Dram Teatrından uzaqlaşdırılmışdı. O, ötən ilin martında teatrda işə başlamışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026