• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Bitcoin”in qiyməti 60 min dollardan aşağı düşüb

İQTİSADİYYAT

28 Noyabr 2026 | 10:27 | Müəllif: Gülşən Şərif

“Bitcoin”in qiyməti 60 min dollardan aşağı düşüb

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətinin qiymətində azalma müşahidə olunub.

Bakıvaxtı.az xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 3,28% azalaraq 59 665,47 ABŞ dollarına enib.

“Ethereum”un qiyməti 4,87% azalaraq 1 653,98 dollara, BNB-nin qiyməti 2,68% azalaraq 551,13 dollara düşüb. “XRP” 2,39% ucuzlaşaraq 0,9453 dollara, “Solana” da 2,44% azalaraq 71,20 dollara enib.

Ən kəskin azalma “Monero”da qeydə alınıb. Belə ki, bu kriptovalyutanın qiyməti son sutkada 9,76% azalaraq 419,28 dollar təşkil edib. “Hyperliquid”in qiyməti 62,85 dollara, “Zcash”ın qiyməti 735,81 dollara düşüb.

Digər kriptovalyutalardan “Dogecoin” 2,12% ucuzlaşaraq 0,05678 dollara, “TRON” 2,14% azalaraq 0,2988 dollara enib. “Tether”in qiyməti isə 0,04% artaraq 0,9989 dollar olub.

Həftəlik göstəricilərə gəlincə, son 7 gündə "Bitcoin" 7,13%, “Dogecoin” 10,57%, “Solana” 8,79%, “XRP” 8,67%, BNB 8,35%, “Ethereum” isə 6,09% bahalaşıb. “Monero”nun qiymətində isə həftə ərzində 2,04% azalma qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026