• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Rusiyada daha bir qruplaşma terrorçu təşkilatlar siyahısına salındı

DÜNYA

27 Noyabr 2026 | 23:41 | Müəllif: Subhan Mahmudov

Rusiyada daha bir qruplaşma terrorçu təşkilatlar siyahısına salındı

Rusiyada “Batal-Hacı Belxoroyevin ardıcılları icması” (“Batalhacılar”) terrorçu təşkilatların vahid federal siyahısına daxil edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı məlumat Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəsmi saytında dərc olunub.

Qeyd edək ki, oktyabrın 14-də Rusiya Ali Məhkəməsi sözügedən icmanı terrorçu təşkilat kimi tanıyaraq ölkə ərazisində fəaliyyətini qadağan edib.

FTX-nin iddiasına görə, təşkilatın 2024-cü ildə Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında törədilən terror aktına, eləcə də Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillovun qətlinə aidiyyəti var.

Rusiya xüsusi xidmət orqanı, həmçinin təşkilatı 2009-cu ildə “Nevski Ekspress” qatarının partladılmasında və 2004-cü ildə İnquşetiyada dövlət qurumlarına hücumlarda iştirak etməkdə ittiham edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR