• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Mehdiyev məhkəməyə yenə evdən qoşuldu

SİYASƏT

27 Noyabr 2026 | 16:02 | Müəllif: Əli Hüseynov

Mehdiyev məhkəməyə yenə evdən qoşuldu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin məhkəmə istintaqı yekunlaşmaq üzrədir.

Bakıvaxtı.az xəbər verir ki, bugünkü prosesdə şahidlərin dindirilməsi başa çatıb.

Bu gün məhkəmədə Prezident Adminstrasiyasının sabiq rəhbəri, şərti məhkum Ramiz Mehdiyev videokonfrans vasitəsilə ifadə verib. “Boz kardinal” evindən qoşulduğu prosesdə Əli Kərimli ilə bağlı sualları cavablandırıb.

Ondan sonra isə son olaraq Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva hakim qarşısında dindirilib.

Bununla da bütün şahidlərin dindirilməsi başa çatıb. Dekabrın 1-də iş materiallarının tədqiqi başlayacaq.

Qeyd edək ki, Ə.Kərimli və M.İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq Dövlət Təhllükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər. Ramiz Mehdiyevə isə artıq hökm oxunub. O, 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, yaşı və xəstəliyi ilə bağlı cəzası şərti hesab olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR