• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Polis oğurluq edən “kommunal xidmət işçisi”ni saxladı

HADİSƏ

27 Noyabr 2026 | 12:23 | Müəllif: Əli Hüseynov

Polis oğurluq edən “kommunal xidmət işçisi”ni saxladı

Paytaxtın Suraxanı rayonunda evlərdən silsilə oğurluqlar edilib.

Bakıvaxtı.az-ın məlumatına görə, zərərçəkən 10 nəfər polisə müraciət edərək yaşadıqları evdən ümumilikdə 4800 manat nağd pul, qızıl-zinət və məişət əşyaları, eləcə də inşaat materiallarının talandığını bildiriblər. Suraxanı rayonunda polisin keçirdiyi tədbirlə əməli törədən, əvvəllər də məhkum olunan İ.Əliyev müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, o, əvvəlcə mənzillərin qapısını döyərək evdə kiminsə olub-olmadığını yoxlayıb. İ.Əliyev qapını açan şəxslərə özünü kommunal xidmət işçisi kimi təqdim edib. Evdə heç kimin olmadığına əmin olduqdan sonra isə mənzilə daxil olaraq oğurluqlar edib. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026