• Bakı 5° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Duru yağ da bahalaşdı - VİDEO

İQTİSADİYYAT

26 Noyabr 2026 | 20:53 | Müəllif: Subhan Mahmudov

Duru yağ da bahalaşdı - VİDEO

Azərbaycanda ötən ilin oktyabr ayı ilə müqayisədə bitki yağlarının qiymətində də artım qeydə alınıb. Bu ilin oktyabr ayında günəbaxan yağının bir litrinin qiyməti orta hesabla 5 manat 27 qəpik, qarğıdalı yağının bir litrinin qiyməti isə 6 manat 92 qəpik təşkil edib. Hər iki məhsulun qiymətində bahalaşma müşahidə olunsa da, daha yüksək qiymət artımı qarğıdalı yağında qeydə alınıb.

Bakıvaxtı.az İctimai TV-yə istinadən xəbər verir ki, alıcılar bitki yağlarının bahalaşmasından şikayətçidirlər.

Satıcılar da son bir ay ərzində qiymət artımının daha aydın hiss olunduğunu bildirirlər. Onların sözlərinə görə, qiymət artımı 50 qəpik-1 manat arasında artıb:

"Türkiyədən, Rusiyadan gələn yağlarımız var. Eyni zamanda, Azərbaycanın yerli istehsalçılarına məxsus məhsullar da satılır. Bu yağlar arasında qiymət fərqi var. Son bir ay ərzində qiymətlərdə təxminən 50 qəpikdən 1 manatadək artım müşahidə olunub".

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR